Əsas səhifə » Küveytdə İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsinin artımı qeydə alınmayıb

Küveytdə İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsinin artımı qeydə alınmayıb

BAKI, AzerVoice

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Küveyt ərazisində radiasiya səviyyəsində hər hansı dəyişiklik qeydə alınmayıb.

AzerVoice xəbər verir ki, bu barədə Şeyx Salim əl-Əli adına Kimyəvi Müdafiə və Radiasiya Monitorinqi Mərkəzi məlumat verib.

“Şeyx Salim əl-Əli adına Kimyəvi Müdafiə və Radiasiya Monitorinqi Mərkəzi Küveytin atmosferində və ərazi sularında radiasiya səviyyəsinin artımını qeydə almayıb. Bütün göstəricilər norma daxilində qalır” – deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyunun 22-ə keçən gecə ölkəsinin Hərbi Hava Qüvvələrinin İran ərazisində üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana qarşı uğurlu hücum həyata keçirdiyini açıqlamışdı. O, həmçinin İranı İsrail ilə münaqişəni dayandırmağa çağırmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice