Əsas səhifə » Türkiyənin ən böyük krater gölü - Nemrut

Türkiyənin ən böyük krater gölü - Nemrut

BAKI, AzerVoice

Türkiyədə ən böyük, dünyada isə ikinci ən böyük olan Nemrut Krater Gölü təbiətsevərlərin diqqət mərkəzindədir.

AzerVoice xəbər verir ki, Bitlisin Tatvan rayonunda yerləşən və dünyanın ikinci, Türkiyənin isə ən böyük krater gölü hesab edilən Nemrut Krater Gölü möhtəşəm təbiəti və bənzərsiz mənzərəsi ilə ziyarətçiləri heyran etməyə davam edir.

Avropa Komissiyasının EDEN (Avropanın Seçilmiş Destinasyonları) layihəsi çərçivəsində “Mükəmməllik Mükafatı”- na layiq görülən Nemrut Kaldera özünəməxsus vulkanik quruluşu, təmiz havası və mavi-yaşıl sularıyla ilin hər fəslində fərqli gözəllik təqdim edir. Təxminən 2250 metr yüksəklikdə yerləşən kaldera, həm yayda sərin atmosferi, həm də qışda qarla örtülmüş mənzərəsi ilə diqqət çəkir.

Pilotsuz uçuş aparatı ilə çəkilən görüntülərdə gölün su rəngləri, ətrafındakı sıldırım qayalıqlar və yaşıllıqlar müşahidə edilib. Bu vizual mənzərə Nemrutun həm təbiət turizmi, həm də geoloji baxımdan əhəmiyyətini bir daha ortaya qoyub.

Qış aylarında güclü qar yağışı səbəbilə uzun müddət bağlı qalan yol, havaların isinməsi ilə birlikdə açılır və ziyarətçilərə bu təbiət möcüzəsini görmək imkanı yaradır. Minlərlə yerli və xarici turistin maraq göstərdiyi Nemrut Krater Gölü bölgənin tanıtımı və iqtisadi inkişafı baxımından da mühüm rol oynayır.

Digər Kateqoriyalar

2025 © Azervoice