Əsas səhifə » İsrail ordusu İranda 250-dən çox hədəfi vurub - Ordu rəsmisi

İsrail ordusu İranda 250-dən çox hədəfi vurub - Ordu rəsmisi

BAKI, AzerVoice

İsrail ordusu İranda 250-dən çox hədəfi vurub və hücumlarını davam etdirir.

AzerVoice xəbər verir ki, bu barədə ordu nümayəndəsi Efi Defrin keçirdiyi brifinqdə bildirib.

"İndiyədək 250-dən çox hədəf və 720-dən çox hərbi obyekt məhv edilib. Hətta bu saatlarda belə biz Tehranda onlarla hədəfi vurmğa davam edirik" – deyə, o vurğulayıb.

Bununla yanaşı, Efi Defrin 15 iyun gecəsi İrandan və Yəməndən eyni vaxtda ümumilikdə təxminən 60 raket və pilotsuz uçuş aparatının (PUA) buraxıldığını bildirib.

“Gecə saatlarında İran və Yəmən ərazisindən birbaşa olaraq İsrailin arxa cəbhəsində yerləşən şəhər və qəsəbələrə doğru təxminən 60 yer-yer tipli raket və onlarla pilotsuz uçuş aparatı buraxılıb,” – deyə o brifinqdə qeyd edib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice