Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    53 il orbitdə qalan Venera zondu Yerə yaxınlaşır

    4 May 2025 17:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    1972-ci ildə Sovet İttifaqı tərəfindən buraxılan və Venera planetinə enmək üçün hazırlanmış yarım tonluq kosmik zond yaxın iki həftə ərzində Yerə nəzarətsiz şəkildə düşə bilər. Bu barədə hollandiyalı peyk izləyicisi və araşdırmaçı Marco Langbroek xəbərdarlıq edib.

    Langbroek-in verdiyi məlumata görə, zond 10 may 2025-ci il ətrafında Yer atmosferinə daxil olaraq, alovlar içində planetamıza düşə bilər. O, “Bu, çox nadir və qeyri-adi bir nəzarətsiz yenidən giriş hadisəsi olacaq,” deyərək bildirib ki, sözügedən aparat uğursuz olmuş Sovet “Venera” missiyasına aiddir və 53 ildir ki, Yer ətrafında orbitdə qalıb.

    Venüs üçün hazırlanıb, Yer atmosferində də sağ qala bilər

    Sonda Venera atmosferinin sərt şəraitinə dözmək üçün hazırlanıb. Bu səbəbdən də onun Yer atmosferinə daxil olduqda tamamilə yanması ehtimalı azdır. Delft Texnologiya Universitetinin müəllimi Langbroek, “Bu cür aparat sərt şəraitə dözmək üçün dizayn edildiyindən, düşmə zamanı bütöv qalması mümkündür,” deyib.

    Zondun içində paraşüt sistemi olsa da, onun bu qədər illərdən sonra işlək vəziyyətdə olub-olmadığı bilinmir. Əgər paraşüt aktivləşməzsə, aparat Yerə yüksək sürətlə — təxminən saatda 250 km — çırpıla bilər. Bu da meteor çarpmasına bənzər nəticələr doğura bilər.

    Haraya düşəcəyi məlum deyil

    Aparat təxminən 1 metr diametrində və 500 kiloqrama yaxın ağırlığa malikdir. Onun nə vaxt və hara düşəcəyi hələ dəqiq bilinmir. Langbroek-in sözlərinə görə, obyektin 51,7 dərəcə meylli orbit trayektoriyası onu 52° Şimal və 52° Cənub enlikləri arasında yerləşən istənilən nöqtəyə — Britaniya adalarından Yeni Zelandiyaya qədər — düşə biləcək bir vəziyyətə gətirir.

    Langbroek bildirib ki, aparatın Yerə düşmə vaxtına dair təxminlər son aylar ərzində 9-10 may 2025 tarixlərini göstərir. “Düşmə tarixi yaxınlaşdıqca qeyri-müəyyənlik azalacaq, lakin o gün belə tam dəqiqliklə proqnozlaşdırmaq mümkün olmayacaq,” — deyə o əlavə edib.

    Hazırda beynəlxalq izləyicilər zondun trayektoriyasını təqib edərək daha dəqiq məlumatlar əldə etməyə çalışırlar.

    #nəzarətsiz kosmik obyekt #2025 kosmik hadisələri #Sovet İttifaqı kosmik proqramı #10 may 2025 kosmik hadisəsi #meteor çarpması riski #kosmik tullantılar Yerə düşür #orbitdəki köhnə peyklər #kosmosdan təhlükə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    2025-ci ildə süni intellekt səhiyyə xidmətlərini necə dəyişdi?

    27 Dekabr 2025 14:06

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Azərbaycana qış fəsli daxil olub

    21 Dekabr 2025 19:21

    Bu gün Sovet İttifaqı ilk dəfə kosmosa it göndərdi

    3 Noyabr 2025 06:00

    Marsın dərinliklərində qədim sirlər aşkarlanıb

    30 Avqust 2025 12:30

    Su kainatda düşündüyümüzdən çox daha erkən əmələ gəlmiş ola bilər

    23 Avqust 2025 14:00

    ABŞ kosmos siyasətində lisenziyalaşdırma prosesi sadələşdiriləcək

    14 Avqust 2025 11:34

    NASA Yerə bənzər yeni planet kəşf edib

    20 İyul 2025 18:00

    Marsdan gələn 24 meteorit daş hərraca çıxarılır

    13 İyul 2025 16:00

    2032-ci il üçün yeni proqnoz- asteroidin Aya toqquşma riski artıb

    16 İyun 2025 17:00

    M87 qara dəliyi rekord fırlanma sürətinə çatıb

    14 İyun 2025 16:00

    Tarixdə ən güclü günəş fırtınası 14 min 300 il əvvəl qeydə alınıb

    18 May 2025 15:00
    Demo
    XƏBƏR LENTİ

    Somalilandın tanınması Fələstin münaqişəsi fonunda yeni geosiyasi riskləri gündəmə gətirir

    ABŞ-da miqrasiya qanunları: iki əsrlik hüquqi və siyasi transformasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Romeo və Cülyetta tamaşasını izləyiblər

    Tarixdə bu gün – 28 Dekabr

    ABŞ, İsrail və Avropa ilə genişmiqyaslı müharibə şəraitindəyik - Pezeşkian

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər

    Netanyahu Yeni İli ABŞ-də keçirəcək

    Ordu ölkəni tammiqyaslı hücumdan qorumağa hazır deyil - İsveçrə Baş Qərargah rəisi

    ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib

    Təbii fəlakətlərdən zərər çəkənlər üçün 455 min mənzil istifadəyə verilib - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.