Türkiyənin Sakarya şəhərində mənşəyi bilinməyən bir Pilotsuz
Uçuş Aparatı (PUA) aşkarlanıb.
AzerVoice xəbər verir ki, hadisə ilə bağlı
dərhal Sakarya Polis İdarəsi məlumatlandırılıb.
Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən tapılan
pilotsuz hava aparatı sahədən götürülərək Sakarya Sahil
Təhlükəsizlik Komandanlığına təhvil verilib.
Mənşəyi hələ müəyyən olunmamış PUA-nın Su Altı Müdafiə (SAS)
qrupları tərəfindən təhlil ediləcəyi və təhlükəsiz bir ərazidə
saxlanılacağı bildirilib.