Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Tarix

    Reyqanın İrana gizli silah satışı: İran–Kontras qalmaqalı

    13 Avqust 2024 11:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Rza Pəhləvinin dövründə İranın silah ixracında ən böyük tərəfdaşı ABŞ idi və 1979-cu ildə İranda İslam inqilabı baş verəndə yeni qurulan İran İslam Respublikasının əlində olan silahların əksəriyyəti Amerika istehsalı idi. Bu vəziyyət ilk olaraq yeni qurulan İran İslam Respublikasının əllərində olan Amerika silahlarında yaşadıqları müxtəlif problemləri həll etmək üçün amerikalılardan ehtiyat hissələri almasına səbəb oldu. 1979-cu ilin noyabrında iranlı tələbələr Tehrandakı Amerika Konsulluğuna basqın edərək 52 amerikalını girov götürdükdən sonra prezident Cimmi Karter İrana silah satışına embarqo tətbiq ediləcəyini elan etdi.

    1980-ci ildə İraqla İran arasında baş verən müharibə İranda ciddi bir silaha ehtiyacının yaranmasına səbəb oldu. Ronald Reyqan 1981-ci il yanvarın 20-də prezident olduqdan sonra İranın terrorizmin ən böyük dəstəkçilərindən biri olduğunu və Karterin İranla bağlı siyasətini davam etdirəcəyini bəyan etdi. Elə həmin il Reyqan hökumətinin yuxarı təbəqələrinin sifarişi ilə aparılan araşdırmada İranın Amerika silahları üçün ehtiyat hissələrini başqa yerlərdən ala biləcəyi və bu embarqonun İranı sovetlərin qucağına sövq etdiyi iddia edilirdi və bu səbəbdən ilk növbədə, bölgədə sovet təsir dairəsinin güclənməsinin qarşısını almaq üçün İrana silah satılmalı olduğu iddia edilirdi. Bu arada İranda hakimiyyətə gələn Ayətullah Xomeyni İrandakı İslam inqilabını İraq, Küveyt, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinə yaymağı hədəflədiyini açıq şəkildə bəyan etdi və bu açıqlamalardan sonra amerikalılar Xomeynini Amerikaya ciddi təhlükə kimi görməyə başladılar.

    1983-cü ildə Amerika “Staunch əməliyyatı” adlı diplomatik bir əməliyyatla dünyanın digər ölkələrini də İrana silah və ehtiyat hissələri satmamaq üçün təşkilatlandırmağa çalışdı. Sonradan üzə çıxan bu silah satışı qalmaqalının Amerika üçün bu qədər utancverici bir hadisə olmasının səbəblərindən biri də bu qalmaqala qarışan diplomatların və Staunch əməliyyatı çərçivəsində İrana silah satmamaq üçün digər ölkələrə təzyiq edən amerikalı diplomatların eyni adamlar olmasıdır.

    Amerika İrana necə silah satacağını düşünərkən, Hondurasdakı əks yaraqlılar Nikaraquada inqilabi hökuməti devirmək üçün partizan müharibəsinə başladılar. Reyqan hökumətinin ən böyük məqsədlərindən biri Nikaraquada kommunist hökumətini onlara qarşı çıxan əks yaraqlıları dəstəkləyərək devirmək idi, lakin konqresdə qəbul edilən Boland Aktı ilə Amerikanın bu yaraqlılara rəsmi dəstək verməsi qadağan edildi. Sandinistalara qarşı döyüşən kontr-partizanlara yardım insan hüquqlarının pozulması səbəbindən qadağan edilmişdi.1982-ci ildən sonra və 1984-cü ildə də yeni bir qanunla 1985-ci il büdcəsinin heç bir bəndinin CİA, Müdafiə Nazirliyi və ya hər hansı digər formada heç bir maddənin Nikaraquada hər hansı qrupa dəstək vermək üçün istifadə edilə bilməyəcəyi bildirildi.

    Bununla belə, Reyqan hökuməti Milli Təhlükəsizlik Şurası vasitəsilə kontra qrupuna dəstək verməkdə davam etdi. Reyqan administrasiyası bu qeyri-qanuni əməlin üstü açılan zaman Boland Aktında Milli Təhlükəsizlik Şurası haqqında heç nə qeyd olunmadığını iddia etsə də, bir çox hüquqşünas qanundakı “və ya hansı digər formada” ifadəsinin Milli Təhlükəsizlik Şurasını da ehtiva etdiyi ilə həmfikir olacaqdı. Bütün bu vəziyyət Konqresin gücü ilə və prezidentin gücünü müzakirə mövzusuna çevirdi. Reyqan administrasiyası Konqresin Nikaraquada hökuməti devirmək üçün prezidentin səylərinə müdaxilə etməyə haqqı olmadığını iddia etdi. Milli Təhlükəsizlik Şurası Boland Aktını qüvvədən salmaq üçün ABŞ ordusunun keçmiş zabiti Riçard Sekordun rəhbərlik edəcəyi silah qaçaqmalçılığı şəbəkəsinin yaradılması və bu yolla yaraqlılara silah çatdırılması barədə qərar qəbul etdi. Bu şəbəkəni ayaqda saxlamaq üçün Reyqan hökuməti davamlı olaraq ABŞ-dan kənar maliyyə resurslarına ehtiyac duyurdu və İran bu məsələdə olduqca yaxşı mövqeydə idi.

    1985-ci ildə milli təhlükəsizlik üzrə müşaviri Robert Makfarleyn ABŞ-ın İranla münasibətlərini yumşaltmalı olduğunu yazmışdı. Müdafiə naziri bu məqaləyə o qədər mənfi münasibət bəsləyirdi ki, onu “Vaşinqtonun Qəddafi ilə söhbət etməsini təklif etməklə” müqayisə etmişdi. Daxili işlər naziri də bu fikrə qarşı çıxıb və iddia edib ki, bir il əvvəl İranı rəsmən terroru dəstəkləyən dövlət elan ediblər.

    Həmçinin, İsrailin baş naziri Şimon Peresdən İrana silah satışı ilə bağlı bağlı kömək istənildi. İsrailli diplomatların verdiyi məlumata görə, iranlılar İsraildən Amerika istehsalı olan silahların alınması müqabilində Livandakı amerikalı məhbusların azad edilməsi üçün Hizbullaha təzyiq etməyə hazır olduqlarını bildiriblər. Plan İsrailin İrandakı mötədil qruplara yardım adı altında Amerika silahlarını İrana satması, Amerikanın da İsrailin İrana satdığı silahları İsrailə satması idi.

    Planın uğurlu olması üçün amerikalılara İranda Haşimi Rəfsəncaninin başçılığı ilə mötədil bir qruplaşmanın olması ilə bağlı təbliğat aparıldı və Rəfsəncaninin böyük ehtimalla Xomeynidən sonra İranda hakimiyyətə gələcəyi bildirildi. “Akula” ləqəbli Rəfsəncaninin həqiqətən də mötədil siyasət yürüdəcəyi, yoxsa Reyqan hökumətini aldadıb silahları alması hələ də sual işarəsidir. Bütün hazırlıqlar görüldükdən sonra İsrail üzərindən İrana ilk silah satışı Rəfsəncaninin başçılığı ilə “mötədil İran” üçün başlandı. 1990-cı ildə yazdığı tərcümeyi-halında Reyqan deyirdi ki, İrana edilən bütün bu silah satışları Hizbullahın əlində olan girovlarını azad etmək üçün baş tutub.

    İran–Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) olaraq da adlanan bu hadisə1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal olaraq bilinir.

    Belə ki, 1986-cı il noyabrın 3-də İran İnqilabı Keşikçiləri Korpusunun zabiti olan Mehdi Haşimi Livanın “Əş-Şiraa” qəzetinə verdiyi açıqlamada İran və Amerika arasında “girovların qarşılığında silah” sövdələşməsindən danışmışdı. İran hökuməti hadisədən 10 gün sonra qəzetdə yazılanların doğruluğunu təsdiqlədi. Ronald Reyqan televiziya vasitəsilə etdiyi çıxışında əvvəlcə bu hadisəni təkzib etsə də, daha sonra çıxışında bütün bu silah satışlarının girovların azad edilməsi məqsədilə həyata keçirildiyini bildirdi.

    Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-nin keçmiş müdafiə naziri Robert Geyts və 2001-2004-cü illərdə ABŞ-nin BMT-dəki səlahiyyətli nümayəndəsi, 2004-2005-ci illərdə İraqdakı səfiri, 2005-2007-ci illərdə ABŞ Milli Kəşfiyyatının direktoru və 2007-2009-cu illərdə Dövlət katibinin müşaviri olmuş Con Neqropontedir.

    Həmçinin bu hadisənin üzə çıxmasından sonra, təqaüdçü polkovnik-leytenant Nort mühakimə olundu və 1989-cu ildə ABŞ pullarını qeyri-qanuni şəkildə köçürməkdə günhkar bilinirək mühakimə olundu. Qeyd edək ki, Oliver Nort ABŞ Dəniz Piyadaları Korpusunun polkovnik-leytenantı idi. North daha sonra Konqresdə ifadə verərək toxunulmazlıq qazandı və haqqındakı cəza da götürüldü. Həmçinin, 2018-ci ilin may ayında o, ABŞ-ın ən güclü silah lobbisi olan Milli Silah Assosiasiyasının (NRA) rəhbəri oldu.

    Qalmaqalla bağlı xeyli sayda sənədlər Reyqan administrasiyasının rəsmiləri tərəfindən ya məhv edilib, ya da müstəntiqlərdən gizlədilib. Qalmaqal bu gün də bilinməyənlərlə doludur.

    Reyqanın İrana gizli silah satışı: İran–Kontras qalmaqalı
    #İran #ABŞ #Ronald Reyqan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzada hücumlarını davam etdirir

    20 Oktyabr 2025 12:50

    İranlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    20 Oktyabr 2025 11:40

    Liviya lideri Muəmmər Qəddafi bu gün öldürüldü

    20 Oktyabr 2025 07:30

    Türkiyədən İrana mebel ixracı artıb (ÖZƏL)

    19 Oktyabr 2025 13:00

    ABŞ-da Trampa qarşı kütləvi etiraz aksiyaları keçirilib

    19 Oktyabr 2025 11:45

    Misir İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesini bərpa etməyə çalışır

    18 Oktyabr 2025 20:58

    İran daxilində Snapback böhranı: keçmiş diplomatlar üz-üzə gəldi

    18 Oktyabr 2025 19:50

    Qətər Maliyyə naziri Efiopiya, Özbəkistan və Liviya nazirləri ilə görüşüb

    18 Oktyabr 2025 18:26

    ABŞ-ın vitse-prezidenti Vens və xüsusi elçisi Uitkof İsrailə səfər edəcək - Trampın Qəzza planı gündəmdə

    18 Oktyabr 2025 18:20

    Bu gün ABŞ Alyaskanı öz ərazisinə qatdı

    18 Oktyabr 2025 09:43

    İspaniya cəzalandırılmalıdır - Tramp

    17 Oktyabr 2025 22:36

    Tramp keçmiş müşaviri Con Boltonun həbsi ilə bağlı qalmaqalın mərkəzində

    17 Oktyabr 2025 21:12
    Demo
    XƏBƏR LENTİ

    Xocavənddə mina partlayışı - ANAMA əməkdaşı yaralandı

    Çempionlar Liqasında üçüncü turun həyəcanı başlayır

    Türkiyədən Qazaxıstana dəri ixracı 45 milyon dolları keçib(ÖZƏL)

    Aİ nazirləri İsrailə qarşı sanksiya təkliflərini müzakirə edəcək

    İsrail Qəzzada hücumlarını davam etdirir

    Ərdoğan Küveyt, Qətər və Omanı rəsmi səfərlə ziyarət edəcək

    Hüquq Bələdçisi - Mediasiyanın gələcəyi və ictimai baxış

    Deputat Sevil Mikayılova Cenevrədə keçirilən IPU qadın-parlamentarilərin Forumu və Bürosunun iclasında məruzə ilə çıxış edib

    İranlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    Türkiyədə dövlət universiteti tibbi cihaz alacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.