Əsas səhifə » İsrail hücumlarda media nümayəndələrini hədəfə alır

İsrail hücumlarda media nümayəndələrini hədəfə alır

BAKI, AzerVoice

Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirən jurnalistlərin sayı 215-ə çatıb.

AzerVoice xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində yerləşən Nasser xəstəxanasına təşkil etdiyi hücum nəticəsində biri jurnalist olmaqla iki fələstinli həyatını itirib.

Həlak olanlardan biri “Aləm24” xəbər agentliyinin direktoru, daha əvvəl yaralanaraq xəstəxanada müalicə alan Həsən Əbdülfəttah İslihdır.

Qəzzadakı Media Ofisinin yaydığı açıqlamada 7 oktyabr 2023-cü ildən bu yana öldürülən jurnalistlərin sayının 215-ə yüksəldiyi bildirilib. Hücumlarda tibb işçiləri və xəstələr də xəsarət alıb.

Qeyd edək ki, Qəzzadakı səhiyyə müəssisələrinin hədəfə alınması beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir. Fələstin rəsmiləri bu hücumların həm media, həm də səhiyyə işçilərinə qarşı sistematik cinayətlər olduğunu vurğulayaraq beynəlxalq ictimaiyyəti məsuliyyətli davranmağa çağırıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice