Bakı. AzerVoice:
İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsini bombalayıb.
AzerVoice xəbər verir ki, hücum nəticəsində əksəriyyəti uşaq və qadın olmaqla azı 20 nəfər ölüb, onlarla insan yaralanıb.
Səhiyyə mənbələri hücumdan sonra ilk saatlarda təcili yardım və mülki müdafiə qruplarının 20 nəfərin cəsədinə çatdığını bildirib.
Qeyd edilib ki, dağıntılar altında qalanların çıxarılması üçün işlər davam edir.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Hafiz Rufizoğlu