Əsas səhifə » "Brent" markalı neftin qiyməti 5%-dən çox azalıb

"Brent" markalı neftin qiyməti 5%-dən çox azalıb

BAKI, AzerVoice

2025-ci ilin iyun ayında çatdırılacaq "Brent" markalı neftin fyuçerslərinin dəyəri Londonun ICE birjasında 5 faizdən çox ucuzlaşıb.

AzerVoice xəbər verir ki, bu haqda ticarət məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 18:01-ə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 5,28 faiz azalaraq bir barel üçün 62,25 dollara düşüb.

Saat 18:12-də isə "Brent" neftinin fyuçersinin ucuzlaşması bir qədər zəifləyib və qiymət 5,19 faiz azalaraq 62,31 dollar səviyyəsində olub. Bu vaxt bu ilin may ayında çatdırılacaq WTI markalı neftin fyuçersi isə 4,25 faiz ucuzlaşaraq bir barel üçün 59,04 dollara enib.

Eyni vaxtda, bu ilin iyun ayında çatdırılacaq qızıl fyuçerslərinin qiyməti Nyu-York Əmtəə Birjasının Comex bölməsində 0,64 faiz artaraq hər troya unsiyası üçün 3161,7 dollara qalxıb.

Digər Kateqoriyalar

2025 © Azervoice