BAKI,AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 773 milyon 432 min dollara bərabər olub.
Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 271 milyon 981 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 16 milyard 773 milyon 432 min dollar məbləğində hazır geyim ixrac edib.
