Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

    16 Dekabr 2025 10:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

    AzerVoice xəbər verir ki, müraciətdə deyilir:

    "Hörmətli Qurultay iştirakçıları!

    Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında salamlayıram.

    Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin inkişafında rolu və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə verdiyi töhfələrlə respublikanın ictimai və sosial həyatında önəmli yer tutur.

    Ölkəmizdə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılır. Müasir dövrün çağırışlarına çevik uyğunlaşmaq, həmkarlar ittifaqları üzvləri ilə sıx əlaqələr qurmaq, xidmətləri rəqəmsallaşdırmaq, müvafiq sahələrdə süni intellektin tətbiqi imkanlarını genişləndirmək, xidmət keyfiyyətini və məmnunluq səviyyəsini yüksəltmək xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq əmək standartlarına uyğun fəaliyyət, dünya həmkarlar hərəkatı ilə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılmasına xidmət edir. Güclü və sağlam vətəndaş cəmiyyətinin inkişafında, həmrəyliyin möhkəmlənməsində həmkarlar ittifaqları mühüm işlər görür.

    Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, “yaşıl iqtisadiyyat”a ədalətli keçid, süni intellektin əmək bazarına təsiri həmkarlar ittifaqlarının qarşısında məsuliyyətli və strateji vəzifələr qoyur, onları daha fəal olmağa sövq edir. İşçilərlə işəgötürənlər arasında sosial dialoqun əsas tərəfdaşı və əmək dəyərlərinin qoruyucusu kimi çıxış edən həmkarlar ittifaqları peşə birliklərinin möhkəmləndirilməsi, işçilərin maarifləndirilməsi, əmək hüquqları sahəsində onların bilik və bacarıqlarının artırılması prosesində yaxından iştirak etməlidir. Bütün bunlar əmək münasibətlərinin düzgün tənzimlənməsinə, sosial ədalətin və qarşılıqlı məsuliyyətin təmin olunmasına xidmət edir.

    Azərbaycan dövləti həmkarlar ittifaqlarının müstəqil və sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir və bu sahədə onların azad fəaliyyəti üçün geniş imkanlar yaradıbdır.

    Sahə həmkarlar ittifaqlarının sosial tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına, kollektiv məsuliyyətin artırılmasına xüsusi diqqət yetirilməlidir.

    Hörmətli Qurultay iştirakçıları!

    Əminəm ki, Azərbaycan həmkarlar ittifaqları bundan sonra da üzvlərinin hüquq və maraqlarını əzmlə müdafiə edəcək, əmək münasibətlərinin müasir və sivil əsaslarla tənzimlənməsinə, bütünlükdə ölkəmizin sosial-iqtisadi inkişafına töhfələr verəcəkdir.

    Hesab edirəm ki, bu Qurultay həmkarlar hərəkatının yeni çağırışlara uyğun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və təkmil fəaliyyət strategiyasının formalaşması baxımından böyük önəm daşıyacaqdır.

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının işinə uğurlar arzulayıram".

    #Azərbaycan #Bakı #Prezident İlham Əliyev #Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası #Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı #Şahmar Mövsümov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əli Əsədov Həştərxan qubernatoru ilə iqtisadi və humanitar əməkdaşlığı müzakirə edib

    16 Dekabr 2025 13:44

    Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə hərbi yardım göstərəcək

    16 Dekabr 2025 12:39

    Azərbaycanlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    16 Dekabr 2025 12:28

    Yanvar-noyabr aylarında 532,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

    16 Dekabr 2025 12:28

    2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

    16 Dekabr 2025 12:25

    Elektron xidmətlərin və dövlət informasiya sistemlərinin qiymətləndirilməsi üzrə yeni Qayda təsdiqləndi — Proses necə aparılacaq?

    16 Dekabr 2025 12:00

    Prezident İlham Əliyev: Azərbaycan dövləti həmkarlar ittifaqlarının sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir

    16 Dekabr 2025 11:15

    Prezident İlham Əliyev: Bəhreyndə səfirliyimizin təsis edilməsi ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir

    16 Dekabr 2025 11:09

    Prezident İlham Əliyev Bəhreynin Kralını təbrik edib

    16 Dekabr 2025 11:08

    Prezident İlham Əliyev: Respublikamızın dinamik sosial-iqtisadi inkişafı həmkarlar ittifaqlarının qarşısında strateji vəzifələr qoyur

    16 Dekabr 2025 11:03

    Prezident İlham Əliyev: Azərbaycan həmkarlar ittifaqları respublikanın ictimai və sosial həyatında önəmli yer tutur

    16 Dekabr 2025 10:59

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir

    16 Dekabr 2025 10:43
    Demo
    XƏBƏR LENTİ

    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar göndərib

    Türkiyədən Fransaya xalça ixracı 23 milyon dolları keçib (ÖZƏL)

    Türk Dünyası üçün yeni vizyon sənədi açıqlanıb

    Əli Əsədov Həştərxan qubernatoru ilə iqtisadi və humanitar əməkdaşlığı müzakirə edib

    Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə hərbi yardım göstərəcək

    İran MAQATE rəhbərini BMT Baş katibi vəzifəsinə uyğun hesab etmir

    Azərbaycanlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    Yanvar-noyabr aylarında 532,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

    2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.