
BAKI, AzerVoice
Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir.
AzerVoice xəbər verir ki, qurultayda xarici qonaqların və AHİK-in sosial tərəfdaşlarının nümayəndələri çıxış edəcək, hesabat məruzələri dinləniləcək.
Həmçinin, AHİK-in üzv təşkilatlarının nümayəndələrinin çıxışı və gündəlikdə duran məsələlərin müzakirəsi, qərarların qəbul edilməsi planlaşdırılıb.