BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Çinə mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 56,6 faiz azalaraq, 4 milyon 247 min 90 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin sentyabr ayında Çinə mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,5 faiz azalaraq, 260 min 53 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz dəyişərək, 5 milyard 850 milyon 258 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 687 milyon 310 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 4,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 7 milyard 917 milyon 506 min dollar məbləğində mebel ixrac edib.