BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən İraqa avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz azalaraq, 168 milyon 982 min 29 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin sentyabr ayında İraqa avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,7 faiz azalaraq, 12 milyon 347 min 9 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 30 milyard 205 milyon 394 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 3 milyard 660 milyon 742 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 7,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 40 milyard 496 milyon 651 min dollar məbləğində avtomobil ixrac edib.