BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Özbəkistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalaraq, 45 milyon 75 min 33 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin sentyabr ayında Özbəkistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz azalaraq, 4 milyon 149 min 17 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 12 milyard 455 milyon 938 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 497 milyon 336 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 16 milyard 388 milyon 957 min dollar məbləğində polad ixrac edib.