BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında Fransaya xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 1 milyon 792 min 52 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Fransaya xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz azalaraq, 15 milyon 976 min 33 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 azalaraq, 1 milyard 753 milyon 187 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 232 milyon 197 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 0,4 faiz azalıb” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 2 milyard 784 milyon 645 min dollar məbləğində xalça ixrac edib.