BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında Çinə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz azalaraq, 2 milyon 677 min 6 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Çinə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 28 milyon 366 min 45 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 azalaraq, 11 milyard 227 milyon 619 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 1 milyard 525 milyon 708 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,5 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 17 milyard 125 milyon 661 min dollar məbləğində hazır geyim ixrac edib.