BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında İraqa mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq, 97 milyon 755 min 41 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən İraqa mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq, 743 milyon 994 min 91 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 751 milyon 386 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 9 milyard 542 milyon 699 min dollar məbləğində tekstil ixrac edib.