BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında İraqa kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz azalaraq, 92 milyon 675 min 64 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən İraqa kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq, 719 milyon 97 min 95 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 2 milyard 622 milyon 691 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 2,6 faiz artaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 31 milyard 639 milyon 163 min dollar məbləğində kimyəvi maddə ixrac edib.