BAKI, AzerVoic, Nailə Babazadə
2025-ci ilin iyul ayında Türkiyənin Muğla-Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 2 milyon 299 min 264 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 370 min 927 nəfər, beynəlxalq reyslər üzrə isə 3,2 faiz azalaraq 928 min 337 nəfər təşkil edib.
2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq 23 min 111 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 11 min 27 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 5 faiz azalaraq, 12 min 84 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyul ayı ilə müqayisədə 2 faiz artaraq, 22 min 587 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 13 min 510, beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 9 min 77 olub.
2025-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 134 milyon 866 min 883 nəfər, yük daşınması isə 2 milyon 834 min 635 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.