Əsas səhifə » İyun ayında Türkiyədən Misirə polad ixracı 32 milyon dolları keçib (ÖZƏL)

İyun ayında Türkiyədən Misirə polad ixracı 32 milyon dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin iyun ayında Misirə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalaraq, 32 milyon 735 min 82 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Misirə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz azalaraq, 213 milyon 341 min 50 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq, 8 milyard 273 milyon 719 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1 milyard 447 milyon 976 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 10,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 16 milyard 494 min 420 dollar məbləğində polad ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice