Əsas səhifə » Türkiyədən Özbəkistana tekstil ixracı 10 milyon dolları keçib (ÖZƏL)

Türkiyədən Özbəkistana tekstil ixracı 10 milyon dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin iyun ayında Türkiyədən Özbəkistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq, 10 milyon 102 min 88 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Özbəkistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz azalaraq, 53 milyon 658 min 71 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 4 milyard 737 milyon 25 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 693 milyon 351 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice