BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyə İsrail ilə əlaqəsi olan gəmilərin limanlarda fəaliyyətinə məhdudiyyətlər tətbiq edib.
AzerVoice xəbər verir ki, Türkiyənin liman rəhbərliyi və gəmiçilik agentlikləri yeni qaydalara əsasən İsrailə üz tutan və ya oradan gələn xarici gəmilərdən rəsmi sənədlər tələb edəcək. Bu sənədlərdə həmin gəmilərin hərbi yük daşımadığı və operatorlarının İsraillə əlaqəsinin olmadığı təsdiqlənməlidir.
Mənbələrə görə, İsrail bayraqlı gəmilərin və İsraildə yerləşən agentliklərin Türkiyə limanlarında heç bir əməliyyat, o cümlədən konteyner daşımaları həyata keçirməsinə icazə verilməyəcək. Əks halda, bütün xərclər və hüquqi məsuliyyət gəmiçilik agentliklərinin üzərinə düşəcək.
Qeyd edək ki, Türkiyədən İsrailə birbaşa kommersiya daşımaları mövcud deyil. Yeni reqlament əsasən tranzit məqsədilə Türkiyə limanlarından istifadə edən xarici gəmilərə şamil olunur və hərbi yüklərin qarşısının alınması məqsədi daşıyır.