BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz artaraq, 3 milyon 964 min 87 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq, 22 milyon 33 min 19 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 2 milyard 180 milyon 897 min dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 366 milyon 551 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 10,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 4 milyard 349 milyon 834 min dollar məbləğində sement ixrac edib.