Əsas səhifə » İstanbul hava limanında sərnişindaşıma 39 milyon nəfəri keçib (ÖZƏL)

İstanbul hava limanında sərnişindaşıma 39 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin iyun ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 39 milyon 37 min 955 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2,2 faiz azalaraq, 8 milyon 121 min 341 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 30 milyon 916 min 614 nəfər təşkil edib.

2025-ci ilin iyun ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 1 milyon 589 min 151 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq, 97 min 966 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz azalaraq, 1 milyon 491 min 185 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyun ayı ilə müqayisədə 3 faiz artaraq, 260 min 250 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 58 min 266, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 201 min 984 olub.

2025-ci ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 108 milyon 734 min 662 nəfər, yük daşınması isə 2 milyon 335 min 564 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice