BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz artaraq, 7 milyon 490 min 70 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 44 milyon 921 min 64 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq, 8 milyard 273 milyon 719 min dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 1 milyard 447 milyon 976 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 10,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 16 milyard 494 min 420 dollar məbləğində polad ixrac edib.