BAKI, AzerVoice
2025-ci ilin yanvar- may ayında Türkiyədə Türkmənistan kapitalı ilə 45 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22 şirkət çoxdur.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 38 milyon 700 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 14 milyon 210 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - may ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (44) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 37 milyon 700 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar - may ayında Türkiyədə Türkmənistan kapitalı ilə 23 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.