Əsas səhifə » Türkiyədə İran Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

Türkiyədə İran Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar- may ayında Türkiyədə İran kapitalı ilə 96 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 61 şirkət azdır.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 142 milyon 60 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 200 milyon 370 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - may ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (88) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 127 milyon 10 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - may ayında Türkiyədə İran kapitalı ilə 42 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Digər Kateqoriyalar

2025 © Azervoice