BAKI, AzerVoice
İran yalnız İsrailin hücumları dayandıracağı təqdirdə ABŞ-la danışıqları davam etdirəcək.
AzerVoice xəbər verir ki, bu barədə İran prezident Məsud Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib.
O qeyd edib ki, ABŞ İranla danışıqları bərpa etmək istəyirsə, ilk növbədə İsrailin Tehrana qarşı hücumlarını dayandırmalıdır.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.