Əsas səhifə » Van hava limanında sərnişindaşıma 630 min nəfəri keçib (ÖZƏL)

Van hava limanında sərnişindaşıma 630 min nəfəri keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin may ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 631 min 172 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz azalaraq, 627 min 397 nəfər, beynəlxalq reyslər üzrə isə 61 faiz azalaraq 3 min 775 nəfər təşkil edib.

2025-ci ilin may ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq 5 min 865 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq, 5 min 794 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1,8 dəfə artaraq, 71 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin may ayı ilə müqayisədə 6 faiz azalaraq, 6 min 699 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz azalaraq, 6 min 667, beynəlxalq reyslər üzrə isə 40 faiz azalaraq 32 olub.

2025-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 85 milyon 356 min 7 nəfər, yük daşınması isə 1 milyon 869 min 382 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice