Əsas səhifə » May ayında Türkiyədən Azərbaycana polad ixracı azalıb (ÖZƏL)

May ayında Türkiyədən Azərbaycana polad ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin may ayında Azərbaycana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq, 8 milyon 301 min 4 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq, 37 milyon 586 min 92 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 6 milyard 832 milyon 941 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1 milyard 504 milyon 857 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3,6 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 16 milyard 372 milyon 120 min dollar məbləğində polad ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice