BAKI, AzerVoice
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ), tərəfindən Nevşehir şəhəri, Çat rayonu İstiklal Mahalləsində 71 mənzilli bina inşası ilə yanaşı, ətraf mühitin abadlaşdırılması üçün tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 400 gün təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 30 iyun 2025-ci il tarixinə qədər "Bilkent Plaza B1 Blok 06800 Bilkent Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir