BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin may ayında Azərbaycana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz artaraq, 4 milyon 38 min 36 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – may aylarında Türkiyədən Azərbaycana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq, 19 milyon 358 min 41 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 4 milyard 47 milyon 16 min dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 854 milyon 319 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 9 milyard 567 milyon 134 min dollar məbləğində tekstil ixrac edib.