Əsas səhifə » May ayında Türkiyənin kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

May ayında Türkiyənin kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar-may aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq, 13 milyard 147 milyon 227 min dollara bərabər olub.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 2 milyard 767 milyon 723 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 30 milyard 328 milyon 576 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice