Əsas səhifə » Türkiyə 2025-ci ilin aprelində Misirə elektrik avadanlığı ixracını azaldıb (ÖZƏL)

Türkiyə 2025-ci ilin aprelində Misirə elektrik avadanlığı ixracını azaldıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin aprel ayında Misirə elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz azalaraq, 18 milyon 988 min 16 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Misirə elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azalaraq, 77 milyon 621 min 13 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 5 milyard 380 milyon 310 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1 milyard 382 milyon 382 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 15,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 16 milyard 900 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice