Əsas səhifə » Türkiyədə Dövlət Xəstəxanasında tikinti və təmir işləri üçün tender elan olunub

Türkiyədə Dövlət Xəstəxanasında tikinti və təmir işləri üçün tender elan olunub

BAKI,AzerVoice

Türkiyənin Sinop şəhərinin Boyabat rayonunda yerləşən 75. Yıl Dövlət Xəstəxanasında aparılacaq təmir və yenidənqurma işləri üçün tender elan olunub.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən etibarən 60 təqvim günü təşkil edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 3 iyun 2025-ci il tarixinə qədər "Çamlıca Mahallesi Erol Demırkol Caddesi No.4 57200 Boyabat/Sinop" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice