45
BAKI, AzerVoice
2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 2 milyon 509 min 953 dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 622 min 143 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 6,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 7 milyon 890 min 410 dollar məbləğində mebel ixrac edib.