BAKI, AzerVoice
2025-ci ilin mart ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,6 faiz artaraq 879 milyon 603 min dollar olub.
Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – mart ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 7,3 faiz artaraq, 2 milyard 499 milyon 472 min dollar olub.
“Bu ilin mart ayında Türkiyənin Türk ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz azalaraq 610 milyon 82 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – mart aylarında Türkiyənin Türk ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 10,2 faiz azalaraq, 1 milyard 739 milyon 295 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi 54 milyard 25 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin mart ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,4 faiz artaraq 23 milyard 415 milyon dollar, idxalı isə 2,2 faiz artaraq 30 milyon 610 min dollar olub.
“Bu ilin yanvar – mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 153 milyard 134 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-mart ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 65 milyard 323 milyon dollara, idxalı isə 4,5 faiz artaraq 87 milyard 811 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.