BAKI, AzerVoice
Bu ilin mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi 54 milyard 25 milyon dollar olub.
Bu barədə AzerVoice -a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin mart ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,4 faiz artaraq 23 milyard 415 milyon dollar, idxalı isə 2,2 faiz artaraq 30 milyon 610 min dollar olub.
“Bu ilin yanvar – mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 153 milyard 134 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-mart ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 65 milyard 323 milyon dollara, idxalı isə 4,5 faiz artaraq 87 milyard 811 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.