15
BAKI, AzerVoice
Mərmərə dənizində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu haqda Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Zələzlə yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ İstanbulun bir sıra rayonlarında hiss olunub. Hazırda hər hansı dağıntı və tələfat barədə məlumat verilməyib.