Əsas səhifə » Türkiyədən İrana tekstil ixracı artıb (ÖZƏL)

Türkiyədən İrana tekstil ixracı artıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin mart ayında İrana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artıb 24 milyon 192 min 18 dollara çatdırıb.

Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən İrana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz azalaraq, 76 milyon 348 min 44 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 2 milyon 423 min 295 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 840 min 64 dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 9 milyon 505 min 745 dollar məbləğində tekstil ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice