Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Londonda “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib

    8 Oktyabr 2024 17:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Londonda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin dəstəyi ilə “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə hər iki ölkədən yüksək səviyyəli qonaqlar, region üzrə ekspertlər, dövlət və özəl sektorun nümayəndələri iştirak edib.

    AzerVoice xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən COP26-nın prezidenti Alok Şarma Azərbaycanda keçiriləcək COP29-un bəşəriyyətin gələcəyi üçün əhəmiyyətindən danışıb.

    COP29-da əldə olunacaq nailiyyətlərin tək Azərbaycanın deyil bütün dünyanın uğuru olacağını vurğulayıb. A. Şarma COP29-un müəyyən edilmiş prezidenti və onun komandası ilə sıx təmasda olduğunu, onların bu mötəbər tədbirin uğurlu təşkili üçün yorulmadan çalışdıqlarını diqqətə çatdırıb.

    Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, COP29 Sədrliyinin danışıqlar qrupunun müşaviri Elşad İskəndərov qarşıdan gələn sammitin regional və qlobal nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb. Diplomat çıxışında iqlim dəyişikliyi və əhalinin yerdəyişməsi arasında birbaşa əlaqəyə toxunaraq ətraf mühitin deqradasiyasının əsas fəsadlarından birinin miqrasiya olacağına diqqət çəkib.

    Elşad İskəndərov bildirib ki, iqlim maliyyəsi COP29-un əsas mövzusu olacaq. Belə ki, müzakirələr əsasən iqlim dəyişikliyinin fəsadlarından ən çox zərər çəkən ölkələrə dəstək daxil olmaqla, maliyyənin idarə edilməsi məsələlərini ehtiva edəcək.

    COP29 təşəbbüsləri barədə danışan diplomat Birləşmiş Krallığın Sülh və Bərpa Təşəbbüsünə dəstəyini xüsusi qeyd edib.

    “İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu müraciətlərə baxılma müddətini 9 ayadək azaldacaq. Fond iqlim dəyişikliyinin fəsadlarının azaldılması, adaptasiyası, həmçinin araşdırma və inkişafla bağlı dövlət və özəl sektorun fəaliyyətini stimullaşdıracaq”.

    Britaniyanın COP26 çərçivəsində Latın Amerikası və Karib regionu üzrə səfiri olmuş Fiona Clouder çıxışında COP26-da qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində atılan addımlar barədə məlumat verib və Azərbaycanda keçirilən COP29-dan böyük gözləntilərin olduğunu bildirib.

    BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev COP29 təşəbbüsləri barədə çıxış edib. O, Azərbaycanın təbii yanacaqla zəngin ölkələrin yaşıl texnologiyalara keçidə daha çox töhfə verməsini nəzərdə tutan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunu dəstəklədiyini bildirib. Dünyada hazırda davam edən münaqişələr barədə danışan F. Şəfiyev Azərbaycanın COP atəşkəsi çağırışına da diqqət çəkdi:

    “Olimpiya barışığını nümunə alaraq irəli sürülən COP atəşkəsi sülh və iqlim fəaliyyətinin vacibliyini irəli sürür”. Bununla yanaşı, Fərid Şəfiyev enerji diversifikasiyası və yaşıl enerjiyə keçidlə bağlı Azəbaycanda aparılan işlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan bu istiqamətdə müxtəlif enerji layihələrini icra edir və BP ölkəmizdə yaşıl enerji layihələrini reallaşdıraraq bu planları dəstəkləyir.

    RUSI-nin beynəlxalq təhlükəsizlik üzrə direktoru Neil Melvin çıxışında Cənubi Qafqaz regionunda baş verən müsbət dəyişikliklərdən söhbət açaraq, COP29-un istər iqlim baxımından, istərsə də regionun ümumi inkişafı baxımından vacib tədbir olduğunu vurğulayıb və Azərbaycana uğurlar arzulayıb.

    Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri James Şarp təyinatı dövründə Britaniyanın Azərbaycanda enerji keçidini təşfiq edən əməkdaşlıqdan söhbət açıb və Azərbaycanın beynəlxalq səviyyədə iqlim fəaliyyətinə töhfə vermək səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

    BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev COP29 və iqlim dəyişlikliyi ilə mübarizədə Azərbaycanın yanaşması mövzusunda təqdimatla çıxış edib.

    Çıxışını 3 əsas istiqamət- yaşıl enerjiyə keçid, Orta Dəhlizin enerji təhlükəsizliyi üçün yaratdığı imkanlar və çağırışlar, COP29-un alternativ enerjiyə keçidə töhfəsi- üzərində quran Ş. Hacıyev ölkəmizin yaşıl keçid hədəfləri ilə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, təmiz ətraf mühit və yaşıl enerji zonalarının yaradılması əsas hədəflərdir. İşğaldan azad edilmiş ərazilərdəki yaşıl enerji konsepsiyası barədə danışan Ş. Hacıyev bərpaolunan enerji mənbələrinin davamlı inkişafa töhfələrini diqqətə çatdırıb.

    Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov da tədbirdə iştirak edib və sual-cavab sessiyasında ünvanlanan sualları cavablandırıb.

    Londonda “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib
    Londonda “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib
    Londonda “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib
    Londonda “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib
    Londonda “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib
    Londonda “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib
    #London #COP-29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    "Mançester Yunayted" "Çelsi"nin futbolçusunu istəyir

    11 Yanvar 2026 19:37

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Fələstin Dövlətinin Londondakı səfirliyi rəsmi olaraq açılıb

    6 Yanvar 2026 09:41

    Dünyanın müxtəlif şəhərlərində Hindistan hökumətinə qarşı kütləvi etirazlar keçirilib

    5 Yanvar 2026 16:07

    “Çelsi”nin yeni baş məşqçisi Liam Rozenyor olacaq

    5 Yanvar 2026 10:26

    Qreta Tunberq Londonda fələstinlilərə dəstək aksiyası zamanı saxlanılıb

    23 Dekabr 2025 21:04

    "Arsenal" "Yuventus"un hücumçusunu transfer etmək istəyir

    20 Dekabr 2025 16:06

    "Arsenal"ın ən çox qazanan futbolçusu olacaq

    20 Dekabr 2025 09:23

    Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir

    4 Dekabr 2025 18:24

    Ağbənd–Kəlalə körpüsü mühüm qovşaq və kəsişmə nöqtəsidir - Hikmət Hacıyev

    18 Noyabr 2025 19:39

    Azərbaycan və Britaniya konsulluq məsələləri üzrə məsləhətləşmələr aparıb

    31 Oktyabr 2025 23:33
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 17 yanvar

    Tramp HƏMAS-a yeni ultimatum verərək silahsızlanma tələbini sərtləşdirildi

    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib

    Qırğızıstan nümayəndə heyəti Bakı 21 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə tanış olub

    “Səsiniz olaq” onlayn surdotərcümə xidmətindən indiyədək 300-dək şəxs faydalanıb

    Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib

    Bakıda Hindistanda siqhlərə və digər etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş beynəlxalq konfrans keçirilib

    4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

    Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illik yubiley gecəsi keçirilib

    İqtisadiyyat nazirinin birinci müavini Şəmkirdə vətəndaşları qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.