Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Qəzza

    5 Fevral 2025 15:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Bu yazımı "Qəzza" adlandırdım. Sadəcə "Qəzza". Hamıya məlumdur ki, Qəzzada bir insanlıq faciəsi yaşandı. Beynəlxalq humanitar hüququn bütün əsasları orada darmadağın edildi. Bu bizə də tanışdır. Ermənistanın işğalı nəticəsində yurdlarından didərgin düşmüş insanları, Xocalını, Ağdabanı, Bağanis Ayrımını və digər faciələri yadımıza salır. İndi Qəzzada HƏMAS və İsrail arasında bir atəşkəs vardır. Əsir və girovların qarşılıqlı qaytarılması prosesi gedir. Belə bir ortamda ABŞ-ın yeni vəzifəsini icra etməyə başlamış olan Prezidenti Trampın Qəzza ilə bağlı qəribə bəyanatları səslənir: Qəzza əhalisini köçürmək. Bu fikirlər dərhal Türkiyə və bir sıra ərəb dövlətləri tərəfindən qəbul edilmədi. Qəzzalılar köçməlidirmi? Axı bütün dünya onların çay kimi öz dağıdılmış yurdlarına necə axın etdiyini görür. Bir xalqı öz arzusu xaricində yurdlarından necə çıxarmaq olar? Təbii ki, bunlar cavabını gələcəkdə alacağımız suallardır. Lakin mən burada bir az Qəzzanın tarixindən yazmaq istədim. Eyni zamanda, bu tarixi prosesi İbrahimi fəlsəfə ilə izah etməyə çalışdım. İbrahimi fəlsəfə təməldə müsəlmanların, yəhudilərin və xristyanların nəzəri olaraq birləşdiyi bir fəlsəfədir. Bu da Əraf surəsi 64-cü ayəsində aşağıdakı kimi ifadə edilmişdir: “De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!””

    Qəzza, Həzrət Əbu Bəkirin xilafəti dövründə fəth edilmişdir (13/634). Uzun müddət müsəlmanların idarəsində olan Qəzza, Xaçlıların işğalı zamanı Qüds kralı III. Boldvin tərəfindən ələ keçirilmişdir. 1149-cu il Hittin döyüşündən sonra Səlahəddin Əyyubi tərəfindən geri alınmış və yenidən müsəlman kimliyinə qovuşmuşdur. Misirin Osmanlılar tərəfindən tutulmasına qədər (1517) Məmlük idarəsində qalmışdır. 1649-cu ildə Qəzzanı ziyarət edən Evliya Çelebi qeyd edirdi ki, Qəzza sancağı çox inkişaf etmiş və abad bir yerdir. Tarixin sonrakı gedişlərində Osmanlı süqut etmiş, 1917-1948-ci illərdə ilk öncə Böyük Britaniyanın, daha sonra isə ABŞ-ın dəstəyi ilə bölgədə Avropadan gələn yəhudilər üçün İsrail dövləti quruldu. Yəhudilər də öz dövlətlərini qurmaq istəyirdilər. Maraqlısı odur ki, yəhudi xalqının Roma zülmü səbəbi ilə 2000 il bundan əvvəl Yaxın Şərqi tərk edən əsas kütləsi məhz Qərbdə dəfələrlə soyqırımlara məruz qalmışdı.

    Avropada və Rusiyada tarixən baş vermiş yəhudi qırğınları, yəhudi icmalarına qarşı sistemli zorakılıqların və təzyiqlərin baş verdiyi faciəli hadisələrdir. Orta əsrlərdə Avropada yəhudilərə qarşı bir çox zorakılıqlar baş vermişdir. Xüsusilə, 1096-cı ildə Birinci Xaçlı yürüşü zamanı yəhudi icmaları mühacirət etməyə məcbur edilmiş və ya öldürülmüşdür. 1347-1351-ci illər arasında yayılan Qara ölüm (böyük veba epidemiyası) dövründə isə Avropada yəhudilər xəstəliyi yaymaqda günahkar kimi göstərilərək öldürülmüşdür. Ən böyük kütləvi qırğınlardan biri 1348-ci ildə Fransada baş vermişdir. XV əsrdə isə İspaniya və Portuqaliyada keçirilən inkvizisiya tədbirləri çərçivəsində, yəhudilər zorla xristianlaşdırılmağa çalışılmış, onlara qarşı fiziki və psixoloji işgəncələr verilmiş, bir çox yəhudi evləri və sinagogaları yandırılmışdır.

    Rusiyada isə, XIX əsrin sonları və XX əsrin əvvəllərində, Çar Rusiyası dövründə çoxsaylı pogromlar baş vermişdir. 1881-1884-cü illər arasında, Çar II Aleksandrın öldürülməsindən sonra Rusiyada yəhudilərə qarşı genişmiqyaslı hücumlar başlanmış, minlərlə yəhudi öldürülmüş və evlər, dükanlar dağıdılmışdır. Daha sonra isə bütün dünyanın bildiyi Hitlerin həyata keçirdiyi Holokost. Avropada yəhudilərin kütləvi soyqırımı. Burada bir məqamı qeyd edim. Yəhudilərə hər zaman məhz müsəlman ölkələri sahib çıxmışdır. İspaniyadan qaçanlar Osmanlı tərəfindən evakuasiya edilmiş və Osmanlının himayəsində yəhudilər çox dinc bir şəkildə yaşamışdır. Holokostdan qaçan bir hissə Fələstinə gəlmiş və burada məskunlaşmışdır. Yəhudilərin sığındığı ölkələrdən biri də Azərbaycan olmuşdur. Bunu İsrailin keçmiş ravvini belə ifadə edir: “Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb.” Bəli, müsəlman xalqlarının təbiətində və tarixində kimisə dininə, rənginə görə qırmaq yoxdur. Bu irqçiliyi nəzəriyyə halına gətirən beynəlxalq imperializmin memarları olan ölkələrin tarixi xüsusiyyətidir. Bunu da Alman nazir ilə görüşəndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözəl ifadə etmişdir. Müsəlman mədəniyyəti və tarixi ancaq himayə tarixidir.

    Proseslərin sonunda yəhudi xalqını daim təzyiqə məruz qoyan həmin Qərb Yaxın Şərqdə İsrail dövlətinin yaranmasına dəstək vermişdir. Təbii ki, bu həmin dövlətlərin hansısa bir xalqı sevməsindən doğmur. Özlərinin maraqlarının təmin edilməsi üçün daimi münaqişə ocaqlarının yaradılması istəyindən doğur. İsrail dövləti yaranan kimi onunla ərəb dövlətləri arasında müharibələr baş vermiş, həmin müharibələrin ən böyük bədəlini isə Fələstin xalqı ödəmişdir. Ərəb dövlətlərinin gücsüzlüyü və Fələstin məsələsi ilə bağlı konkret siyasətlərinin olmaması səbəbi ilə 1964-cü ildən Fələstinlilər öz hüquqlarını təmin etmək üçün öz təşkilatlarında təşkilatlanmağa başlamışdır. Məşhur Yasir Ərəfat Fələstin Azadlıq Təşkilatını qurmuş, zaman-zaman SSRİ ilə yaxınlaşmış, zaman-zaman İraq və Tunislə iş görərək Fələstinin azadlığı üçün öz ideoloji baxışları açısından çalışmışdır. Hətta Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev ilə də görüşmüş və Heydər Əliyev Fələstin xalqının haqlı mübarizəsində qardaş xalqın yanında olduğunu ifadə etmişdir. Fələstin müqavimətinin digər bir qolu da HƏMAS-dır. HƏMAS və Fəth arasında zaman-zaman problemlər yaşansa da, ümumilikdə Azərbaycanda Fələstin Muxtariyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhimin qeyd etdiyi kimi Fələstin sosial-siyasi mühitinin bir hissəsidir.

    Indi də qayıdım İbrahimi fəlsəfəyə. Həzrəti Musanın zamanında onun xalqına nə üçün Vəd edilmiş torpaqlar verildi. Çünki həmin torpaqlarda İbrahimi ənənəyə görə, Tövrata, İncilə və Qurana görə Allaha şərik qoşan amalikalar yaşayırdı. Həmin amalikalılar Allaha şərik qoşduqlarına görə Allah oraların idarəsini Həzrəti Musanın topluluğuna verdi.

    Indi isə Qəzzada amalikalılar yaşamır. Əsrlərdir orada böyük mədəniyyət qurmuş, İbrahimi ənənin son dini olan İslama iman etmiş müsəlmanlar yaşayır. Onlar da Allaha şərik qoşmurlar. Tam əksinə bütün müsibətlərdə belə Allahı anmaqla dünyaya Allahı xatırladırlar. Bu insanlar nə üçün yurdlarından köçməlidir ki? Hər halda ədalətli, mərhəmətli, vicdanlı bütün insanlıq dinindən və dilindən asılı olmayaraq Qəzzanın bu sadə insanlarının yanındadır, onları duaları ilə, insanlıq səslənişləri ilə dəstəkləyirlər. Bunda da heç bir siyasi, dini qəsdləri yoxdur. Daxillərində Allahın yaratdığı insanlıq fitrəti dilə gəlir. Allah dünyamıza səadət və sakitlik nəsib eləsin. Əmin.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15

    Qəbirlər

    18 Noyabr 2025 16:15

    Fərqliliklər

    17 Noyabr 2025 16:01

    Ümmətin tarixində ən böyük faciə şirk faciəsidir

    17 Noyabr 2025 09:49

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Dairələri daraltmaq

    13 Noyabr 2025 09:32

    Ağlın Yolu

    5 Noyabr 2025 09:00

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00

    Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

    17 Oktyabr 2025 15:29

    Türkiyə–İsrail Ehtimali Müharibə Ssenarisi: Hərbi və Hüquqi-Siyasi Çərçivələr

    11 Sentyabr 2025 13:41
    Demo
    XƏBƏR LENTİ

    Misirdən Türkiyə limanlarına 8 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    Nərimanovda baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

    Atəşkəsdən bəri İsrail hər gün 2 fələstinli uşağı öldürür - Fələstin

    Qarabağ Çempionlar Liqasında Napoliyə qarşı

    Prezident İlham Əliyev Kəlbəcərin azad olunmasının beşinci ildönümü ilə bağlı paylaşım edib

    Netanyahunun yeni müharibə strategiyası bölgəni necə dəyişəcək?

    Türkiyə və Cənubi Koreya arasında atom elektrik stansiyası ilə bağlı danışıqlar davam edir

    Dünyanın ən dəyərli 50 şirkəti açıqlanıb

    Bu gün Kəlbəcər Şəhəri Günüdür

    Tarixdə bu gün – 25 Noyabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.