Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    ABŞ-İran münasibətlərində ikinci raund

    21 Yanvar 2025 14:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice
    Tam əminliklə demək olar ki, Donald Tramp yeni prezidentliyi dövründə İranla bağlı xarici siyasətini birinci dövründə atdığı addımlar əsasında quracaq; bu, nüvə razılaşmasından tək tərəfli çıxma qərarını, sanksiyaların bərpasını və İran əleyhinə maksimum təzyiq strategiyasını ehtiva edirdi.
    Amma Trampın yeni dövründə xarici siyasət sahəsində qarşılaşacağı bir sıra çətinliklər, İran məsələsində sürətli qərar qəbul etməyi çətinləşdirəcək. Bunlar arasında Ukrayna məsələsi, Qəzza və Suriya ilə bağlı növbəti addımlar və Çinə qarşı münasibət də var. Buna görə də, Tramp İran məsələsini bir vaxta qədər təxirə sala bilər.
    Tramp, ilk dövründə də eyni addımları atmışdı. O, 2015-ci il nüvə razılaşmasını ilk başdan bəyənməsə də, bu razılaşmadan çıxmaq üçün uzun müddət gözlədi. Hələlik, necə olacağı aydın deyil, amma ehtimal edilir ki, Tramp və komandası maksimum təzyiq siyasətini yenidən canlandıracaq
    Bundan əlavə, İran üzərində daha sərt təzyiqlər qurulacaq və BMT Təhlükəsizlik Şurasının sanksiyaları Avropa İttifaqı ilə birlikdə yenidən tətbiq olunacaq. Türkiyənin də bu təzyiqlərə qoşula biləcəyi istisna edilmir. Çünki bir vaxtlar bu sanksiyalara qoşulmayan Ankara Tehran tərəfindən bir o qədər də dəyərləndirilmədi.
    Ancaq Trampın bu təzyiq siyasəti İran rejimini devirmək məqsədi daşıyacaqmı?
    Bəzi insanlar bunu ümid edirlər, amma Tramp özü bir müsahibəsində ABŞ-ın bunu edə bilməyəcəyini bildirib və buna müdaxilə etməyi üstün tutmadığını söyləyib. O, yalnız İranın nüvə bombasına sahib olmamasını istəyir. Bu da onu göstərir ki, onun məqsədi sadəcə İranın nüvə bombasına sahib olmasının qarşısını almaqdır. Yəni, yaxın gələcəkdə ən çox edə biləcəyi şey, ABŞ təyyarələrinin İranın nüvə obyektlərini bombalayıb dağıtması olacaq.
    Buna baxmayaraq, İran müxalifəti, Trampın təzyiq siyasətinin İran rejimini devirməyə səbəb olacağına ümid edirdi.
    Ancaq 2018-ci ildə ABŞ-ın "Birgə Hərtərəfli Fəaliyyət Planı"ndan çıxması və sanksiyaların bərpası ilə İran daxilində genişmiqyaslı etirazlar baş versə də, bu etirazlar rejimi devirə bilmədi, həmçinin İranı davranışlarını dəyişdirməyə məcbur etmədi. Əksinə, bu, rejimin daha çox zorakılıq tətbiq etməsinə və daha çox günahsız insanın həyatını itirməsinə səbəb oldu.
    Tramp, ilk dövründə İranla münasibətləri ortaya qoyarkən, dəfələrlə yeni razılaşmaya gəlmək istədiyini iddia etsə də, eyni zamanda Suriya cəlladı Qasim Süleymanini öldürmüşdü. Trampın yenidən Ağ Evin rəhbəri olması, İran rejimini devirmək və ya davranışlarını dəyişdirmək ümidini vermir.
    Trampın ilk prezidentlik dövründə, xarici siyasət müşavirləri İranla münasibətlərin dəyişdirilməsi üçün maksimum təzyiq strategiyasına inanıblar və İran hökuməti ilə hər hansı bir dialoqun əleyhinə idilər. Lakin yeni Trampın komandasının fərqli prioritetləri var
    Trampın yeni komandasında sərt mühafizəkarlar yer alır, bu şəxslər İranın rəhbərləri ilə çox oxşar mövqedədirlər. Hər iki tərəf qarşılıqlı şəkildə bir-birinə qarşı ekstremist mövqedədir və ABŞ-İran düşmənçiliyini ideoloji bir məsələ kimi görürlər. Buna görə də, hər iki tərəf qarşıdan gələn gərginlikdən faydalanaraq, bir tərəf İranın nüvə proqramına qarşı narahatlıq yaratmaq, digər tərəf isə daxili müxalifətlə mübarizə aparmaq üçün bu vəziyyətdən istifadə edəcək.
    Trampın İran məsələsindəki təcrübəsi mövcud müxalifət və tərəfdarları tərəfindən tənqid olunur. Onun nüvə razılaşmasından çıxması, İsrail dostlarından təzyiq altında etdiyi bir addım idi, siyasi cəhətdən ağıllı bir qərar deyildi. Buna görə də, Trampın İranla bağlı yeni siyasətlərinin nə olacağını söyləmək hələ tezdir, amma siyasi dünyada gözlənilməz hadisələr çox olur. Məsələn, Suriya prezidenti Bəşşar Əsəd rejiminin 11 gün ərzində devrilməsi kimi… Bu rehim 54 il ərzində Suriyanı idarə edib.

    #İran #Donald Tramp #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    SEPAH Hörmüz boğazında təlimlər keçir

    16 Fevral 2026 17:09

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    16 Fevral 2026 10:56

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    15 Fevral 2026 18:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59
    XƏBƏR LENTİ

    Yüz il əvvəl bu gün Türkiyədə Türk Mədəni Qanunu qəbul edildi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    Kosovonun Müstəqilliyi, Türkiyədə Hüquq İnqilabı və Liviyanın Qəzəb Günü: 17 Fevral Dosyesi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    ABŞ nüvə məsələsində "daha real" mövqe nümayiş etdirir - Tehran

    İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.