Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Livanda atəşkəslə bağlı “müəyyən irəliləyiş” nədir?

    13 Noyabr 2024 09:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    İsrail bazar ertəsi Livanda atəşkəslə bağlı danışıqlarda irəliləyiş olduğunu bildirməsinə baxmayaraq, İranın dəstəklədiyi qrup hər hansı yeni atəşkəs təklifi almadığını bildirib. AzerVoice ArabAZ - a istinadən xəbər verir ki, İsrail isə bu açıqlamdan sonra Rusiyanın Hizbullahın Suriya üzərindən silahlandırılmasını dayandırmaqla böyük rol oynaya biləcəyini bildirib.

    İsrailin hücumundan məyus olan Hizbullah Tehran, Vaşinqton və Moskvadakı himayədarları ilə diplomatik təmasların davam etdiyini, eyni zamanda döyüşməyə hazır olduğunu təkrarlayaraq, “uzun müharibə” üçün kifayət qədər silaha malik olduğunu bildirib.

    Qüdsdə İsrailin xarici işlər naziri Gideon Saar Hizbullaha qarşı müharibənin hələ bitmədiyini bildirib.

    Livanda atəşkəsi təmin etmək üçün ABŞ-ın rəhbərlik etdiyi diplomatiyanın nəticəsiz keçən əvvəlki raundlarından sonra şərhlər, prezident Co Baydenin yanvarda vəzifəsini tərk etməyə hazırlaşdığı və yeni seçilmiş prezident Donald Trampın onu əvəzləməyə hazırlaşdığı bir vaxtda bu məsələyə diqqətin təzələndiyini göstərir.

    Qəzza zolağında atəşkəsə dair ümidlər bu arada uğursuzluğa düçar oldu, Qətər vasitəçilik rolunu dayandırdı.

    Qəzza müharibəsi ilə alovlanan Livan-İsrail sərhədindəki qarşıdurma İsrailin sentyabrın sonunda hücuma keçməsi ilənəticələndi.

    Saar İsrailin ABŞ ilə atəşkəs üzərində işlədiyini bildirib. İsrail Hizbullahın Litani çayının şimalında – sərhəddən təxminən 20 mil (30 km) aralıda olmasını və yenidən silahlanmamasını istəyir.

    Saar deyib ki, istənilən razılaşmanın əsas prinsipi Hizbullahın Suriyadan Livana silah gətirə bilməyəcəyi olmalıdır. “Bu, Livandakı istənilən razılaşmanın uğuru üçün çox vacibdir”-deyə o bildirib.

    Ruslar, bildiyiniz kimi, Suriyada mövcuddur. Əgər onlar bu prinsiplə razı olsalar, düşünürəm ki, bu məqsədə səmərəli töhfə verə bilərlər.

    Rusiya Suriyadakı vətəndaş müharibəsində prezident Bəşər Əsədi dəstəkləmək üçün təxminən on il əvvəl Suriyaya qoşun yeritdi. Hizbullah həmçinin Əsədə kömək etmək üçün döyüşçülər göndərdi və İranın dəstəklədiyi digər qruplarla birlikdə yerdə böyük təsir bağışladı.

    Suriya İranın Livandakı Hizbullaha silah tədarükü üçün əsas kanal kimi qəbul edilir və İsrail münaqişə zamanı Suriyadakı hədəfləri müntəzəm olaraq vurur.

    Bazar ertəsi İsrailin hava hücumu Suriyanın əsas Homs-Dəməşq magistral yolunu bombalaması nəticəsində, yol müvəqqəti olaraq bağlanıb.

    Beyrutda Hizbullah rəsmisi Məhəmməd Afif intensivləşmiş siyasi əlaqələri ABŞ rəhbərliyinin yaxınlaşan dəyişikliyi ilə əlaqələndirib və “Vaşinqton,Moskva, Tehran və bir sıra paytaxtlar arasında böyük hərəkətlilik müşahidəı edilir”-deyib.

    “Livanda sülhlə əlaqəli müxtəlif söhbətlər eşidirik, lakin məndə olan məlumata görə, bu günə qədər Livana və ya bizə rəsmi heç nə çatmayıb”-deyə Hizbullah rəsmisi bildirib.

    İsrailin ən çox satılan qəzeti Yedioth Ahronoth bazar ertəsi verdiyi xəbərə görə, İsrail və Livan ABŞ-ın nümayəndəsi Amos Hokşteyn vasitəsilə tükliflər mübadiləsi aparıblar ki, bu da yekun razılığa gəlmək səylərində irəliləyişə işarə edir.

    Hizbullahın da daxil olduğu Livan hökuməti dəfələrlə BMT-nin 2006-cı ildə qruplaşma ilə İsrail arasında müharibəyə son qoyan Qətnaməsinin tam icrasına əsaslanaraq atəşkəsə çağırıb.

    Lakin, hal-hazırda Livan və İsrail bir-birini qətnaməni pozmaqda ittiham edib.

    İsrail deyir ki, onun başlatdığı hərbi kampaniyası 2003-cü il oktyabrın 8-də HƏMAS-la həmrəy olaraq Hizbullah tərəfindən atılan raketlər səbəbindən şimalı təxliyə etmək məcburiyyətində qalan on minlərlə insanın evlərinə qayıtmasını təmin etməkdir.

    İsrailin hücumu son 7 həftədə Livanda 1 milyondan çox insanı evlərini tərk etməyə məcbur edib. Bir il əvvəl hərbi əməliyyatların başlanmasından bəri İsrailin hücumları Livanda 3 min 189-dan çox insanın ölümünə səbəb olub.

    Son bir ildə Hizbullahın hücumları İsrailin şimalında, yəhudilərin işğal etdiyi Colan təpələrində və Livanın cənubunda 100-ə yaxın mülki vətəndaş və əsgərin ölümünə səbəb olub.

    #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02

    Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

    14 Sentyabr 2025 09:00

    Azərbaycan və İran: mürəkkəb qonşuluğun anatomiyası və əməkdaşlıq imperativi

    8 Sentyabr 2025 11:09

    Misir Ordusunun Tarixi Silahları: Əfsanələr və Həqiqətlər

    6 Avqust 2025 20:52

    Silahı yerə qoyan namərddir – İraq Hizbullahı

    9 Aprel 2025 12:00

    Trampın Ərdoğana Bəy Tərifi

    9 Aprel 2025 11:45

    İsrailin Türkiyə qorxusu... VARMI?

    3 Aprel 2025 12:57

    Elmilik və Ümmətin Dirilişi

    25 Mart 2025 15:11

    İsrailin İraqa Hücumu Gözlənilir? Sədr Silahlı Dəstələrə Yeni Təlimatlar Verdi

    19 Mart 2025 18:00
    Demo
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı daha əlçatan turizm layihələrinə başlayır

    Tarixdə bu gün - 9 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 9 noyabr

    Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

    Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub

    Çin raket arsenalını genişləndirir

    Boliviyanın yeni Prezidenti Rodriqo Pas and içib

    Ərdoğan və Şərif Bakıda regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər

    Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb (FOTO)

    “Zəfər turu”: “Zirə” və “Turan Tovuz” arasında oyun qolsuz bərabərliklə başa çatıb (ƏLAVƏ OLUNUB)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.