Bakı. AzerPress:
İsrailin Qəzzaya hücumları nəticəsində öldürülənlərin sayı 930 nəfər artaraq 17 min 177 nəfərə çatıb.
AzerPress xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ölənlərin 7 min 729 nəfəri uşaq, 5 min 153 nəfəri isə qadınlardır.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.