Bakı. AzerPress:
68 türk vətəndaşı Qəzzadan Misirə gəlib.
AzerPress xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.
Məlumata əsasən, bu şəxslərin Türkiyəyə təxliyəsi gözlənilir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
İsrailin Qəzzaya hücumları nəticəsində 7 oktyabrdan bu günə qədər 15 min 899 nəfər həyatını itirib.