Bakı. AzerVoice:
6 fevral 2023-cü il tarixində Türkiyədə baş verən zəlzələnin ölkə iqtisadiyyatına zərəri 103,6 milyard dollardır.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstarsiyasının Strategiya və Büdcə sədri İbrahim Şenel bildirib.
Şenel onu da qeyd edib ki, ümumi xərc 2023-cü ilin milli gəlirinin təxminən 9 faizinə bərabərdir.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.