Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

    19 Dekabr 2025 18:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın, Bakı–Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay, Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt, Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası, Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzi Bazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə 142, 551, 555 və 592 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

    AzerVoice xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

    Sənədlər 17 yanvar 2026-cı il, saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.

    Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

    İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Bakı– Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay istiqamətlərində 8 lot üzrə yanvarın 23-də; Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt istiqamətlərində 7 lot üzrə yanvarın 27-də; Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir istiqamətlərində 7 lot üzrə yanvarın 30-da;
    Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 8 lot üzrə fevralın 3-də; Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzi bazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində və 142 nömrəli (metronun "20 Yanvar" stansiyası - Masazır kəndi) şəhərətrafı, 551 nömrəli (Bakı BAK - Atyalı yaşayış massivi) şəhərətrafı, 555 nömrəli (Sumqayıt şəhər avtovağzalı - Müşfiqabad qəsəbəsi) şəhərətrafı və 592 nömrəli (Gorədil qəsəbəsi - Xırdalan şəhəri) şəhərətrafı avtobus marşrutları üzrə 7 lot üzrə fevralın 6-da baxılacaq.

    Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

    Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

    #Anar Məmmədov #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) #sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər #Bakı–Gəncə #Bakı-Laçın #Bakı–Mingəçevir #Bakı-Şəki #Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) #Bakı-Göyçay #Sumqayıt-Ağdam #Sumqayıt–Cəbrayıl
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda 47 km-ə yaxın mikromobillik zolağı təşkil edilib

    11 Dekabr 2025 13:28

    Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib

    4 Dekabr 2025 10:18

    Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir

    19 Noyabr 2025 20:32

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

    19 Noyabr 2025 10:34

    Moskva prospektində avtobuslar üçün yeni xüsusi hərəkət zolağı istifadəyə verildi

    12 Noyabr 2025 13:31

    İnşaatçılar prospektində mikromobillik zolağı təşkil edilir

    11 Noyabr 2025 11:08

    Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

    5 Noyabr 2025 12:22

    Paytaxtda yeni parklanma yerləri təşkil edilib

    30 Oktyabr 2025 15:46

    Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35%-i yenilənib

    27 Oktyabr 2025 13:09

    Tramp və Müharibədən Qazanc Arzusu

    16 Avqust 2025 10:03

    Ermənistanla Sülh Sadə Azərbaycanlının Həyatını Necə Dəyişəcək?

    6 Avqust 2025 16:31

    Səhər yeməyi: Günə necə başlasan, elə də davam edər

    18 İyul 2025 12:02
    Demo
    XƏBƏR LENTİ

    Qəzzada 1,6 milyon insan kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir - BMT

    Sezar Qanununun ləğvi regional sülhə töhfədir - Türkiyə

    Fitch Azərbaycanda 2028-ci ilə qədər real ÜDM artımı ilə bağlı proqnozlarını verib

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib

    Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

    AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb

    Fitch 2025-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını verib

    Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Yaxın Şərq üzrə ekspert: Prezident İlham Əliyevin BƏƏ-yə səfəri yeni əməkdaşlıq imkanları yaradacaq

    Energetika naziri Zərdabda vətəndaşları qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.