Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    ABŞ-ın nüvə sualtı qayıqları barədə nə bilirik?

    3 Avqust 2025 09:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti vəzifəsini icra etmiş Dmitri Medvedevin Vaşinqton və Moskva arasında nüvə müharibəsi riski ilə bağlı açıqlamasına cavab olaraq, iki nüvə sualtı qayığının "uyğun bölgələrdə" yerləşdirilməsi barədə əmr verdiyini bildirib.

    Tramp sualtı qayıqların növü və onların dəqiq istiqaməti barədə məlumat verməsə də, ümumilikdə Pentaqon belə hərbi gəmilərin hərəkəti barədə ictimaiyyətə az məlumat açıqlayır. CNN-in məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi bütün sualtı qayıqlar nüvə enerjisi ilə işləyir, lakin yalnız bir növü nüvə başlıqlı silahlarla təchiz olunub.

    Ballistik raket daşıyan sualtı qayıqlar

    ABŞ Hərbi Dəniz Qüvvələrinin 14 ədəd “Ohio” sinifinə aid ballistik raket daşıyan sualtı qayığı var. Bu qayıqlar xüsusi olaraq gizli hərəkət və nüvə başlıqlı raketlərin dəqiq hədəfə yönəldilməsi üçün dizayn edilib.

    Hər bir sualtı qayıq 20 ədəd “Trident” ballistik raketi daşıya bilər. Bu raketlər bir neçə nüvə başlığı ilə təchiz olunur və təqribən 7400 km məsafəni qət edə bilir. Bu da o deməkdir ki, bu qayıqlar Rusiyaya yaxınlaşmadan – Atlantik, Sakit və Hind okeanlarından, hətta Arktikadan da zərbə endirə bilərlər.

    Qeyd edək ki, bu növ sualtı qayıqların hərəkəti ABŞ donanmasının ən ciddi hərbi sirlərindən biri sayılır. “Ohio” sinifinə aid sualtı qayıqların uzunluğu 170 metr, heyət üzvlərinin sayı isə 159 nəfər təşkil edir. Onların maksimal sürəti saatda 37 km-dir.

    Dəyişdirilmiş raket daşıyıcıları: “Kruiz” tipli sualtı qayıqlar

    1990-cı illərdə ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin nüvə caydırıcılığı üçün bu qədər ballistik raket daşıyıcı sualtı qayığa ehtiyac duymadığını müəyyənləşdirərək, onlardan dördünü kruiz raketi daşıyan sualtı qayıqlara çevirdi.

    Bu yeni tiplər də “Ohio” sinfinə aid olub, yalnız “Trident” raketləri əvəzinə “Tomahawk” kruiz raketləri daşıyırlar. Hər biri 154 ədəd Tomahawk raketi ilə silahlanıb. Hər raket təxminən 453 kiloqramlıq yüksək partlayıcı başlıqla təchiz olunub və 1600 kilometrə qədər məsafəni vurma gücünə malikdir.

    Sürətli hücum sualtı qayıqları

    Bu növ sualtı qayıqlar ABŞ donanmasının sualtı qayıq donanmasının əsas hissəsini təşkil edir. Onlar düşmənin sualtı qayıqlarını və səth gəmilərini məhv etmək üçün torpedalardan istifadə etməklə hazırlanıb. Həmçinin “Tomahawk” raketləri ilə quru hədəflərini də vura bilirlər, lakin bu raketlərin sayı əvvəlki tiplərlə müqayisədə azdır.

    ABŞ donanmasında bu tipə aid üç əsas sinif mövcuddur:

    Virginia,
    Los Angeles,
    Seavolf.

    “Virginia” sinfi ən müasiridir. ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, 2024-cü ilin iyul ayından etibarən 23 ədəd bu tip sualtı qayıq xidmətdədir. Onların uzunluğu 115–140 metr arasında dəyişir.

    Ən köhnə model olan “Los Angeles” sinfinə aid hələ də 23 ədəd sualtı qayıq istifadədədir. Onların uzunluğu təxminən 110 metrdir.

    “Seawolf” sinfinə aid olanlar isə ən qısa və kompakt modellərdir. Bu sinifə aid qayıqlar 107.5–138 metr uzunluğundadır.

    #Rusiya #Donald Tramp #Vaşinqton #Vaşinqton görüşü #ABŞ Hərbi Dəniz Qüvvələri #soyuq müharibə nüvə təhlükəsi #Trident #Ohio #Kruiz #Tomahawk #Seavolf
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    15 Fevral 2026 17:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16
    XƏBƏR LENTİ

    Yüz il əvvəl bu gün Türkiyədə Türk Mədəni Qanunu qəbul edildi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    Kosovonun Müstəqilliyi, Türkiyədə Hüquq İnqilabı və Liviyanın Qəzəb Günü: 17 Fevral Dosyesi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    ABŞ nüvə məsələsində "daha real" mövqe nümayiş etdirir - Tehran

    İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.